«Nabucco» konsorsiumu son durum barədə məlumat yayıb

Nabucco kəməri

«Nabucco» konsorsiumu Azərbaycan qazının Avropaya nəqli ilə bağlı son durum barədə məlumat yayıb.

APA-nın Konsorsiuma istinadla verdiyi məlumata görə, «Nabucco» konsorsiumu 2011-ci ilin sentyabrında “Şahdəniz II” konsorsiumuna «Nabucco»nun əsas variantı ilə bağlı təklif təqdim edib.

2012-ci ilin mayında isə «Nabucco West» ssenarisi üzrə əlavə təklif verilib.

«Hazırda «Nabucco»nun səhmdarları və «Şahdəniz» konsorsiumunun iştirakçıları arasında danışıqlar gedir.

«Şahdəniz» konsorsiumunun məsələ ilə bağlı bu yay qərar verəcəyi gözlənilir.