Moskva rəhbərliyi aksiya zamanı yaralanmış polislərə mənzil bağışlayıb

Mayın 6-da Moskvanın “Bolotnaya” meydanında müxalifətin aksiyasını dağıdarkən xəsarət almış 6 polis əməkdaşına şəhərin mərkəzində mənzil verilib.

İnterfaks agentliyinin Daxili İşlər Nazirliyinə istinadla verdiyi məlumata görə, müvafiq orderləri onlara şəhər rəhbərliyi verib.

Həmin vaxt “Milyonların yürü” adlı aksiya dağıdılarkən yüzlərlə aksiyaçı saxlanıb, onlarla adam xəsarət alıb.

Hakimiyyətlə müxalifət bir-birini təxribatçılıqda günahlandırırlar.

Kütləvi hərc-mərçliyə çağırmaq və polisə müqavimət göstərmək ittihamıyla cinayət işi açılıb.