Suriyada 100-dən çox adamın öldürüldüyü xəbər verilir

Suriya müxalifətinin yaratdığı milli şura BMT-nin təhlükəsizlik şurasını Homs əyalətinin atəşə tutulması ilə bağlı təcili tədbir görməyə çağırıb.

Müxalifətin məlumatına görə, hökumət qoşunlarının əyalətdəki Hoyla şəhərini atəşə tutuması nəticəsində 100-dən çox adam ölüb ki, onların əksəriyyəti qadın və uşaqlardır.

Londonda fəaliyyət göstərən hüquq müdafiəçiləri isə 25 uşaq da daxil olmaqla 90-dan çox adamın öldüyünü xəbər verirlər.

Gələn həftə təhlükəsizlik şurasında BMT-nin baş katibi Ban Kİ Moon-un hesabatı müzakirə olunacaq.

Hesabatda Suriyada siyasi qarşıdurma və zorakılıqların davam etdiyi, insan haqlarının pozulduğu, hümanitar vəziyyətin pisləşdiyi bildirilir.

Aprelin 12-dən Suriyada atəşkəs elan edilsə də ölkədə toqquşmalar davam edir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.