Somali üsyançıları təslimolmaq fikrində deyillər

Somali üsyançıları Afrika Birliyi ölkələri və Somali ordularına qarşı mübarizənin davam etdiriləcəyini bəyan ediblər.

“Əl Qaidə” ilə əlbir olan yerli “Aş Şabab” qrupunun yaraqlıları cümə günü Afqoy şəhərindən çıxarılıblar.

Yaraqlılar bunun strateji addım olduğunu deyirlər.

Döyüş zonasını 9 minə yaxın yerli sakin tərk etməli olub.