Yəmənin cənubunda 27 yaraqlı öldürülüb

Yəmənin cənubunda getmiş döyüşdə 27 yaraqlı və 7 əsgər ölüb.

Bu barədə Yəmən ordusunun nümayəndəsi xəbər verir.

Briqada generalı Mohammed al Somalinin sözlərinə görə, hökumət qoşunları yaraqlıların nəzarətində olan Zəncibar şəhərinin içərilərinə doğru hərəkət edirlər.

Abyan əyalətinin paytaxtı olan bu şhər ötən ildən əl qaidəçilərin nəzarətindədir.