Qazaxıstanda qızıl mədənində fəhlələr tətilə başlayıb

Qazaxıstanın şimalındakı Bestobe şəhərindəki qızıl mədəninin 100-dən çox işçisi maaşlarının artımı tələbiylə tətilə başlayıb.

"KazakhAltyn" şirkətində həmkarlar birliyinin sədri Venyamin Stepanov AzadlıqRadiosunun qazax bürosuna bildirib ki, mayın 29-da tətilçilər şirkət rəhbərliyi və yerli hökumətlə danışıqlar aparıb. Danışıqlar sabah da davam edəcək.

Bu ayın əvvəlində Qazaxıstanın aparıcı mis mədənlərində işləyən “KazakhMis”in işçilərinin başladıqları tətildən 2 gün sonra şirkət onların bütün tələblərini, o cümlədən yol xərclərini ödəməyə razılaşıb.

Oxşar şikayətlə ötən ilin dekabrında ayağa qalxmış neftçilərin üsyanı bir neçə ay davam etsə də, 16 nəfərin ölümü ilə nəticələnib, polis tərəfindən zorakılıqla yatırılıb.