İtaliyada baş vermiş son 2 zəlzələdə 17 adam ölüb

Çərşənbə axşamı İtaliyanın şimal-şərqində baş vermiş 2 zəlzələdə azı 17 adam ölüb,
350-ə yaxın adamsa xəsarət alıb.

Yeraltı təkanların gücü 5,8 bal olub.

Xeyli tikili və mədəniyyət abidələrinə ciddi ziyan dəyib.

Hakimiyyət 14 minə yaxın adamın evsiz qaldığını deyir.