Uşaqlar nə istəyir?
Khava Sadulaeva- 5 yaş, Çeçenistan, Qroznı. Rəssam olmaq və böyük bir evdə yaşamaq istəyir.
Jasmina - 6 yaş. Atası iş dalınca Rusiyaya gedən bu tacik qız paytaxt Düşənbədə saqqız və şokolad satır. Atasının tezliklə evə qayıtmasını, böyüyəndə isə həkim olmaq istəyir.
Bogdan Solonyna - 9 yaş, Ukrayna, Kiyev. Böyüyəndə özünün restoranının olmasını arzulayır.
Nelea Lungu 11 yaş. Moldova, Roscani kəndi. Anası iş tapmaq üçün Moskvaya gedib. Nənəsi ilə yaşayan Nelea məktəbə getməyi arzulayır. Amma fiziki qüsuruna görə onu məktəbə götürmürlər.
Bakht Alam 13 yaş. Pakistanın Svat bölgəsi: böyüyəndə mexanik olmaq və tezliklə özünə velosiped almağı arzulayır.
Zahir Shah - 10 yaş. Pakistanda Xıber əyalətində şagird. Gələcəkdə mühəndis olmaq istəyən Zahiri arzusu həm də gələcəkdə daha yaxşı məktəbə gedə bilməkdir.
Zhenya - 10 yaş. Belorus, Minsk. Gələcəkdə dizayner olmaq və Londonda yaşamaq istəyir.
Maşa - 5 yaş. Moskva. Maşa böyüyüb gözəl bir qız olmaq və oğlanların ondan xoşu gəlməsini istəyir. O, həm də poni minmək və balaca qardaşının olmasını arzulayır.
Çex Respublikası, Praqa. Roma uşaqlar - 15 yaşlı Emil mexanik olmaq və onunun minik maşının olmasını, 8 yaşlı Rudolf hərbçi olmaq, 11 yaşlı Marcela Gynova isə həkim olmaq niyyətindədir.
14 yaşlı Niamatullah və 12 yaşlı Ataullah Əfqanıstanda paytaxt Kabulun yaxınlığında xaş-xaş tarlasında işləyir. Onlar məktəbə getmək və böyüyəndə həkim olmaq istəyirlər. Amma yaşadıqları kənd məktəbində onlara yer olmayıb.
Shakila - 14 yaş. Kabulda məsciddə "Quran" oxuyur. Böyüyəndə müəllim olmaq istəyir. O, oxuya bildiyinə sevinir, amma Talibanın hücumlarından da qorxduğunu deyir.
Syuzanna Safaryan - 11 yaş. Ermənistan, Yerevan. O, böyüyüb şahmatçı və riyaziyyatçı olmaq istəyir. Yaxın müddətdə isə o, velosipedinin olmasını arzulayır.
Rati - 6 yaş. Gürcüstan, Tbilisi. Rati böyüyüb xüsusi xidmət orqanlarında çalışmaq istəyir.
Ali Sakhir Habib - 13 yaş. İraq, Bəsrə. O, mühəndis olub, çayları idarə etmək, insanlara ehtiyatlar yaratmaq istəyir.
Gülü Məmmədova - 4 yaş. Azərbaycan, Şamaxı. Gülü böyüyəndə müəllim olmaq istəyir. Qarşıdakı illərdə isə ailəsinin hamısının bir yerdə olmasını, qardaşının da böyüyərək onların birlikdə məktəbə getmələrini arzul