Pakistanda 8 yaraqlı öldürülüb

ABŞ-ın pilotsuz təyyarəsinin Pakistan ərazisini vurması nəticəsində 8 yaraqlı ölüb.

Pakistan kəşfiyyatının adının çəkilməsini istəməyən nümayəndəsi bildirib ki, Cənubi
Vəziristanda döyüş komandirlərindən birinin evinə 4 mərmi buraxılıb.

Bu əyalət Əfqanıstanla sərhəddə yerləşir.

Onlar döyüş komandirinin dünənki zərbə nəticəsində ölmüş qardaşının yasına yığışıbmışlar.

ABŞ-ın Pakistan ərazisində fəaliyyət göstərən yaraqlılarla mübarizədə vaxtaşırı pilotsuz təyyarələrdən istifadə etməsi iki ölkə arasındakı münasibətləri gərginləşdirib.

Pakistan buna suverenliyinin pozulması kimi baxır.