ATƏTin sədri Eamon Gilmore Azərbaycana gəlir

ATƏT sədri Eamon Gilmore

ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eamon Gilmore iyunun 13-14-də Azərbaycanda səfərdə olacaq.

AzərTAc-ın məlumatına görə, o səfər zamanı Azərbaycan rəsmiləri, siyasi partiyalar və
Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrilə görüşəcək.

Görüşlərdə Azərbaycanla ATƏT arasında əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunacaq.