Gürcüstanda meşə işçiləri minaya düşüb

Gürcüstanın Duşetsk rayonunda, Rusiya sərhəddinin yaxınlığında meşə işçilərini aparan yük maşını minaya düşüb.

Nəticədə 8 nəfər yüngül xəsarət alıb.

Yerli hakimiyyətin məlumatına görə, mina yola bu günlərdə qoyulub.

Çünki meşə işçiləri bundan əvvəl dəfələrlə bu yoldan ötsələr də elə bir insident baş verməyib.

İnterfaks agentliyi isə Gürcüstanın daxili işlər nazirliyinə istinadla xəbər verir ki, mina
2008-ci il münaqişəsi zamanı Rusiya hərbçilərindən qalıb.