Əfqanıstan parlamenti ABŞ-la hərbi tərəfdaşlıq razılaşmasını təsdiqləyib

Əfqanıstan parlamentinin yuxarı palatası Birləşmiş Ştatlarla imzalanmış strateji tərəfdaşlıq razlaşmasını təsdiqləyib.

Razılaşmanı mayın 2-də Kabildə ABŞ və Əfqanıstan prezidentləri imzalayıb.

Mayın 26-da sənədi aşağı palata da təsdiqləyib.

Sənəddə beynəlxalq qüvvələrin 2014-cü ildə Əfqanıstanı tərk etməsindən sonra, ABŞ-ın bu ölkədə hərbi iştirakının uzadılması nəzərdə tutulur.

Söhbət əsasən yerli təhlükəsizlik qüvvələrinə təlim keçilməsi və müxtəlif humanitar proqramlar da daxil olmaqla gələcəkdə Əfqanıstana köməyin davam etdirilməsindən gedir.