Su təsərrüfatı işçiləri mükafatlandırıldı


Prezident İlham Əliyevin iyunun 4-də imzaladığı sərəncamla Azərbaycanda meliorasiya və su təsərrüfatının 30 əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.

Prezidentin başqa bir sərəncamı ilə Meliorasiya və Su Təsərrüfatı ASC-nin Su Anbarları və Hidroqovşaqların İstismarı Sektorunun müdiri Abdulrəhim Hacıyevə “Əməkdar Mühəndis” fəxri adı verilib.

2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində yaranan təbii fəlakətin aradan qaldırılması və yeni daşqın təhlükəsinə qarşı tədbirləri ölkədə su təsərrüfatı sahəsinə ictimai diqqəti daha da artırıb.