5 Azərbaycan əsgəri həlak olub

Arxiv foto: Azərbaycan əsgəri

«İyunun 5-i saat 06.30 radələrində Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə Ermənistanın təxribatçı qrupu girməyə cəhd edib. Döyüş zamanı 4 Azərbaycan əsgəri həlak olub».

Bu məlumatı Azərbaycanın Müdafiə Nazirliyi yayıb. Məlumatda qarşı tərəfin də itki verərək geri çəkilməyə məcbur edildiyi bildirilir.

Məlumatda daha bir Azərbaycan əsgərinin də iyunun 4-də Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində öldüyü qeyd edilir.

İyunun 4-də isə Ermənistanın Müdafiə Nazirliyinin məlumatında qeyd olunurdu ki, Azərbaycan tərəfdən sərhədi keçmək istəyən təxribatçı qrupla atışma zamanı 3 erməni əsgəri öldürülüb.

Amma Azərbaycan Müdafiə Nazirliyi ötən gün yayılan bu məlumatı təkzib etmişdi.