ABŞ Dövlət Katibi Hillary Clinton Gürcüstanda

Georgia -- Prime Minister Nika Gilauri (R) and US Secretary of State Hillary Clinton speak during a Coast Guard ship commissioning ceremony at the passenger terminal wharf in Batumi, 05Jun2012

ABŞ Gürcüstanın ərazi bütövlyünü və demokratiya yolunda səylərini dəstəkləməkdə davam edəcək.

ABŞ Dövlət Katibi Hillary Clinton iyunun 5-də Batumidə ABŞ-Gürcüstan Strateji Əməkdaşlıq Komissiyasında çıxışında belə deyib.

Clinton bildirib ki, builki parlament və gələnilki prezident seçkiləri Gürcüstanda demokratiya nın möhkəmləndirilməsi sahəsində önəmli imkandır.

Dövlət Katibi Clinton Batumidə dəniz sərhədlərini qorumaq üçün amerikalıların Gürcüstana verdiyi gəminin təhvil-təslim mərasiminə qatılıb.

Clinton mərasimdə ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini təkrarlayıb və Rusiyanı 2008-ci ildə imzalanan atəşkəs sazişinə uyun olaraq qoşunlarını Abxaziya və Cənubi Osetiya bölgələrindən çıxarmağa çağırıb.

Cənubi Qafqazda səfərdə olan ABŞ Dövlət Katibi Hillary Clinton Gürcüstana Ermənistandan gəlib. Yerevanda olanda Clinton xəbərdarlıq edib ki, Azərbaycan və Ermənistan arasındakı münaqişə geniş miqyaslı müharibəyə keçə bilər.

ABŞ Dövlət Katibi iyunun 6-da Bakıya gələcək.