Suriya 17 xarici diplomatı “arzuolunmaz şəxs” elan edib

Suriya aralarında ABŞ, Böyük Britaniya, Fransa və Türkiyə səfirlərinin də olduğu 17 diplomatı “arzuolunmaz şəxs” elan edib.

Bir həftə əvvəl Qərb ölkələri Houla şəhərində 100-dən artıq dinc sakinin öldürülməsinə etiraz olaraq Suriya səfirlərini ərazilərindən çıxarmışdılar.

Suriya prezidenti Bashar Assad bazar günü parlamentdəki çıxışında Suriyada baş verən hadisələrdə xarici qüvvələrin əli olduğunu bildirmişdi.