Qəndəharda partlayış olub, azı 20 nəfər ölüb

Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində partlayış olub. Azı 20 nəfər ölüb. Onlarla adam yaralanıb.

Qəndəhar əyalətinin polis rəisi bildirib ki, partlayışı intiharçı törədib. O motoskleti onlarla yük maşınının olduğu dayanacaqda partladıb. Həmi yük maşınları NATO aviabazasına işləyirmiş.

Ölənlərin hamısının mülki adamlar olduğu bildirilir. Ölənlərin arasında hərbçilər yoxdur.