Rusiya ilə Çin Suriyaya xarici müdaxiləyə qarşıdılar

Rusiya prezidenti Vladimir Putinlə Çin prezidenti Hu Jintao Suriyaya xarici müdaxilə və
İrana qarşı yeni sanksiyaların əleyhinə olduqlarını bəyan ediblər.

Liderlər Şanxay Əməkdaşlıq Təşkilatının sonunda yaydıqları birgə bəyənatda həmçinin
Suriyadakı movcud rejimin dəyişdirilməsi siyasətinə qarşı olduqlarını bildiriblər.

Onlar həmçinin Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə çağırıblar.