İyunun 8-də İsmayıllıya qaz fasilələrlə veriləcək

Foto arxiv

İyunun 8-də İsmayıllı rayonunun qazla təchizatında məhdudiyyətlər olacaq. Azərbaycan

Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təmir işləri ilə Bağlı saat 10:00-dan 17:00-dək "İsmayıllı" və "Talıstan" qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Bu müüət ərzində İvanovka, Kürdmaşı və Qubaxəlilli kəndləri istisna olmaqla, İsmayıllı rayonunun qazla təmin olunan digər yaşayış məntəqələrinə qaz fasilələrlə veriləcək.