Bu gün Polşada futbol üzrə 14-cü Avropa Çempionatı başlayır

Ukrayna. Kiyev

Paytaxt Varşavada keçiriləcək ilk oyunda Polşa və Yunanıstan milliləri qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Saat 23.45-də isə qrupun digər iki komandası Rusiya və Çexiya qüvvələrini sınayacaqlar.

Avropa Çempionatı-2012-yə Polşa və Ukrayna ev sahibliyi edir. 31 matçdan 16-sı Ukraynada, 15-i Polşada baş tutacaq.

Bütün görüşlər Bakı vaxtı ilə saat 21:00-da və 23:45-də başlanacaq.

Seçmə mərhələnin görüşləri 11 – 19 iyunda, ¼ final matçları 21 – 24 iyunda, yarımfinal oyunları 27-28 iyunda olacaq.
Çempionata iyulun 1-də Kiyevdəki «Olimpiyski» stadionunda baş tutacaq final matçı ilə yekun vurulacaq.