Moskvada Suriya üzrə ABŞ-Rusiya diplomatik görüşü nəticəsiz bitib


ABŞ-dan verilən məlumata görə Moskvanın Suriya məsələsində mövqeyinin dəyişdirilməsi üçün aparılan danışıqlar nəticəsiz başa çatıb.

İyunun 8-də Moskvada Vaşinqtonun Suriya məsələsi üzrə danışıqlardakı nümayəndəsi Frederic Hof Rusiya diplomatı Kofi Annanın sülh planının icrasına dair bütün beynəlxalq imkanları səfərbər etməyi razılaşdırıblar.

Eyni zamanda bu gün Suriya müxalifəti İdlib və Dəməşqdə partlayışlarda 7 nəfərin həlak olduğunu bildirib. Müxalifətin yaydığı məlumatda Homs əyalətində hökumət qoşunları ilə döyüşlərin davam etdiyi də bildirilir.

Suriyada prezident Bashar Assadın istefası tələbilə il yarım əvvəl keçirilən etiraz aksiyalarına hökumətin silahlı müdaxiləsi ölkə boyu zorakılıqlara səbəb olub. BMT indiyə qədər 10 mindən çox adamın həlak olduğunu bildirir.