Vətəndaşları aldadaraq pul qoparan şəxs həbs edilib

Azərbaycan paytaxtında vətəndaşlara dələduzluq yolu ilə 100 min dollara yaxın zərər vuran şəxs həbs edilib.

Bu barədə «APA»ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Nizami rayon polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Mobil Həsənzadə tutulub.