Əfqanıstanda 4 Fransa əsgəri həlak olub

Əfqanıstanın Kapisa əyalətində intiharçının törətdiyi partlayış nəticəsində 4 Fransa əsgəri həlak olub.

Fransa prezidentinin mətbuat xidməti məlumatı təsdiqləyib.

İntiharçı hərbi maşın karvanının ötdüyü yolda özünü partladıb.

Həmçinin 5 əsgərin yaralandığı və 3-nün ağır olduğu xəbər verilir.

Fransanın müdafiə naziri Jean-Yves Le Drainin bazar günü
Əfqanıstana gedəcəyi gözlənilir.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.