"Ölüm qrupunda" soyuq duş (FUTBOL FORUMU)

Xarkov (Ukrayna). Hollandiya-Danimarka görüşündən kadr

Avropa çempionatının 2-cu günü "ölüm" dördlüyü adlanan D qrupunun oyunları ilə davam edib. Bu dəfə diqqət Polşadan Euro2012-yə sahiblik edən Ukraynaya yönəlib.

Danimarkalı Simon Poulsen (Sağda) və Hollandiyalı Arjen Robben top uğrunda mübarizədə


Xarkovda Hollandiya ilə Danimarka görüşü gözlənilmədən güclü oyunçuları olan Hollandiyanın məğlubəyyti ilə başa çatıb. 24-cü dəqiqədə Kohn-Dehlinin qapıçının ayaqları arasından vurduğu yeganə qol Danimarkaya qələbə gətirib.

ÖZİL - RONALDO 1-0

Lıvovda keçirilən başqa oyunda Almaniya və Portuqaliya milliləri qarşılaşırdılar. Bu oyunda da Gomesn vurduğu yeganə qol Almaniyaya qələbə qazandırdı.

Cümə günü A qrupunda keçirilmiş oyunların nəticəsi isə belə olub.

Polşa-Yunanıstan 1:1 , Rusiya-Cexiya 4:1.

Bu oyunlar haqda sənin fikrin nədir?
EURO2012 FORUMUNA GƏL
Şərhlərini digər futbol azarkeşləri ilə bölüş