Müxalifət Suriya rejiminin bir sıra şəhərlərlə nəzarəti itirdiyini deyir

Suriya müxalifətinin yaratdığı Milli şuranın yeni lideri Abdelbassed Sida bəyan edib ki, prezident Bashar Assad rejiminin son nəfəsidir və artıq bir sıra şəhərlərə nəzarəti itirib.

O getdikcə ölkə sakilərinə qarşı artan qəddarlığın buna sübut olduğunu deyir.

Əslən kürd olan və İsveçdə mühacirətdə yaşayan 56 yaşlı Sida şənbə günü İstanbulda keçirilmiş səsvermədə şuranın yeni lideri seçilib.

7 müxalifət partiyasının birləşdiyi milli şuranın baş ofisi hazırda Türkiyədə yerləşir.

Hüquq müdafiəçiləri isə bu arada Homs əyalətindəki yaşayış məntəqələrinin hökumət qüvvələri tərəfindən atəşə tutulduğunu və azı 2 dinc sakinin öldüyünü xəbər verirlər.