Liviyada baş vermiş toqquşmada azı 6 adam ölüb

Şənbə günü Liviyanın cənub-şərqində hökumət qüvvələri ilə yerli qəbilə üzvləri arasında baş vermiş silahlı toqquşmada azı 6 nəfər ölüb.

Kufra şəhəri yaxınlığında getmiş döyüşdə ağır silahlardan istifadə edilib.

Bu bölgədə tez-tez Afrika və ərəb tayfaları arasında toqquşmalar olur.