İyunun 8-də keçirilən buraxlış imtahanlarının nəticəsi açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyun ayının 8-də keçirilən buraxlış imtahanlarının nəticəsini açıqlayıb.

TQDK-nın məlumatına görə, tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 5-dən az olmayan şagirdlər müvafiq fənn üzrə müvəffəq qiymət alırlar.

Şagirdlərin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğundur.

Şagirdlər TQDK-nın internet saytına (tqdk.gov.az) daxil olmaqla kodlarını yazaraq nəticələrini öyrənə bilərlər.