UEFA Balotelli və Selassiyə qarşı irqçi hücumları araşdırır

UEFA Avropa birinciliyində italiyalı Balotelliyə və çexiyalı Selassiyə irqçi hücumlarla bağlı istintaqını genişləndirib.
İspaniya-İtaliya futbol oyununda 200 ispaniyalı azarkeş qrupu Balotelliyə qarşı iqrçi şüarlar qışqırırmış.
Çexiyalı qaradərili futbolçunun təhqir olunması ilə bağlı isə Çexiya futbol rəsmilərinin fikirləri öyrəniləcək.
İttihamlara görə, Çexiya-Rusiya futbol oyununda rusylaı azarkeşlər qaradərili idmançıya təhqiredici şüarlar səsləndirib.