Suriyada humanitar vəziyyət kəskin pisləşib

Suriyanın müxtəlif ərazilərində gedən intensiv döyüşlərə görə, humanitar vəziyyət kəskin pisləşib. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, bu həftə yüzlərlə adam Homs şəhərini tərk edib. Bu şəhərdə geniş hərbi əməliyyatlar keçirilib.

Suriya genişmiqyaslı vətəndaş müharibəsi vəziyyətindədir. Bunu isə BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Erve Ladsu bildirib. Onun sözlərinə görə, ölkənin böyük regionlarına hökumət nəzarət etmir. Həmin ərazilərdə geniş döyüşlər gedir.

Suriyanın şimalındakı Haffa şəhərində atəş səsləri eşidilir. Hüquq müdafiəçilərinin məlumatına görə, dünən ölkə ərazisindəki əməliyyatlar zamanı 12 hərbçi və 24 dinc sakin ölüb.