Keçmiş Tunis prezidenti daha 20 il iş aldı

Tunis məhkəməsi iyunun 13-də keçmiş prezident Zina al Abidin Ben Alini 20 il qiyabi həbs cəzasına məhkum edib.

O ötən ilin yanvarında ölkədə keçirilən kütləvi etiraz aksiyaları zamanı törədilmiş zorakılıq və qətllərdə təqsirli bilinib.

Hazırda mühacirətdə yaşayan Ben Ali üst-üstə 66 il iş alıb.