Yol qəzasında 5 nəfər ölüb

Foto arxiv

İyunun 13-də Göygöl rayonunun Quşqara kəndi ərazisində baş vermiş yol qəzasında 5 nəfər ölüb.

Həmçinin xəsarət alanlar var.

Göygöl rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 20 BB 618 dövlət nömrə nişanlı “Mercedes” markalı sərnişin avtobusu ilə 10 RA 398 dövlət nömrə nişanlı yük maşını toqquşub.

Qəzanın səbəbi araşdırılır.