Bakı Metropolitenində əlavə çıxışlar açılacaq

Dərnəgül metro stansiyası

Bakı Metropoliteninin bir çıxışı olan stansiyalarının hamısında ikinci çıxış tikiləcək.

Bu barədə APA-ya Bakı Metropoliteninin rəis müavini Arif Rəsulov məlumat verib.

Onun sözlərinə görə, bu «Xətai», «Nizami», «İçərişəhər» və «Sahil» stansiyalarına aiddir.

«Nizami» stansiyasının əlavə çıxışı Füzuli meydanında, «Sahil»in çıxışı isə Nəsimi heykəlinin yaxınlığında tikiləcək.