İraqda ölənlərin sayı 84-ə çatıb


Son məlumata görə, İraqda törədilmiş partlayışlarda 84 nəfər ölüb, 300-ə yaxın adam isə yaralanıb.

Onların arasında xeyli şiə zəvvar var.

Bağdadda 10 yerdə partlayış törədilib.

Hillada 2 minalanmış maşın partladılıb.

Tacidə isə şiələrin dini mərasimində yük maşını partladılıb.

Ölkənin şimalındakı Kərkük şəhərində isə 3 bomba partladılıb.

Partlayışlar kürd muxtar regionunun rəhbəri Masud Barzaninin ofisinin ətrafında törədilib.

Həmçinin Mosul, Balde və Kərbalada partlayışlar tərədilib.

Bu partlayışlara görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.