Fransa Suriyaya qarşı sanksiyaları kəskinləşdirməyə çağırıb

Fransa BMT-nin təhlükəsizlik şurasını Suriya rejiminə qarşı daha kəskin sanksiyalar tətbiq etməyə və bu ölkəylə bağlı sülh planının icrasını mütləq saymağa çağırıb.

Fransanın xarici işlər naziri LoranFabius bildirib ki, Suriyada vətəndaş müharibəsi gedir və bunu dayandırmaq üçün prezident Bashar Assad istefaya getməlidir.