ABŞ-ın pilotsuz təyyarəsi Pakistan ərazisini vurub

ABŞ-ın pilotsuz təyyarəsinin Pakistanın şimalını vurması nəticəsində azı 3 yaraqlı ölüb.

Zərbə Şimali Vəziristanın paytaxtı Miranşah şəhərindəki evlərdən birinə endirilib.

ABŞ vaxtaşırı Əfqanıstan-Pakistan sərhəddində yaraqlılarla mübarizədə pilotsuz təyyarələrdən istifadə edir.

Bu cür əməliyyatlar zamanı dinc sakinlər arasında itkilər Vaşinqtonla İslamabad arasındakı münasibətləri gərginləşdirir.

Pakistan buna suverenliyinin pozulması kimi bağır.