ABŞ-la Rusiya bir-birlərini ittiham edirlər

Birləşmiş Ştatlarla Rusiya Suriyaya görə bir-birlərini ittiham edirlər.

ABŞ Dövlət katibi Hillary Clinton Rusiyanı Suriya rejiminə hərbi vertolyotlar göndərməkdə günahlandırıb.

O həmçinin Rusiyanın Suriya ilə hərbi əməkdaşlığın dayandırılmasıyla bağlı çağırışlara məhəl qoymamasından təəssüf bildirib.

Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birləşmiş Ştatları Suriya müxalifətini silahla təmin etməkdə günahlandırıb.

O belə bir bəyanatla çərşənbə günü İrana səfəri zamanı çıxış edib.

Ammma Hillary Clinton bu ittihamı rədd edib.

Lavrov həmçinin Rusiyanın Suriyaya hərbi vertolyotlar göndərməsilə bağlı məlumatı təkzib edib.