Misir parlamentindəki mandatların 1/3-i qanunsuz sayılıb

Misirin Konstitusiya məhkəməsi yeni parlamentdəki deputat mandatlarının 1/3-ni
qanunsuz sayıb.

Söhbət əsasən təkmandatlı dairələrdən gedir.

Bu qərar islamçıların çoxluq təşkil etdiyi parlamentin legitimliyini sual altında qoyur.

Hələlik əlavə seçki keçiriləcəyi bəlli deyil.