Myammarda baş verən toqquşmalarda azı 28 adam ölüb

Son günlər Myammarın qərbində dini zəmində baş verən toqquşmalarda azı 28 nəfər ölüb, 50-dən çox adam isə yaralanıb.

Toqquşma yerli müsəlmanlarla buddaçılar arasında olub.

Raxin ştatında fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Yüzlərlə evin yandırıldığı və qarət edildiyi xəbər verilir.