Coca-Cola Myanmada satışa başlayır

Arxiv foto

ABŞ-ın içki istehsalçısı Coca-Cola elan edib ki, son 60 il ərzində ilk dəfə Myanmada öz məhsullarının satışına başlayacaq.

Bu bəyanat ABŞ hökumətinin Myanmadakı demokratik islahatlardan dolayı ölkəyə investisiya sanksiyalarını dayandırma qərarından sonra verilib.

Myanma Coca-Colanın olmadığı 3 ölkədən biridir. Digər 2 ölkə isə Kuba və Şimali Koreyadır.

Ötən ilə qədər müstəbid hərbi xunta tərəfindən idarə olunurdu.