Azərbaycan və Ermənistan nazirləri Parisdə görüşəcək

Paris

İyunun 18-də Parisdə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Edvard Nalbandyan görüşəcək.

XİN-dən APA-ya verilən məlumatına görə, artıq E. Məmmədyarov Fransaya yola düşüb.
Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçiriləcək.

ABŞ Dövlət katibi Hillary Clinton bu görüşdə tərəflərə münaqişənin həllinə dair yeni yanaşmanın təklif olunacağını söyləmişdi.