Azərbaycan Ordusunun əsgəri yaralanıb

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgərinin yaralandığı bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cəbhənin Tərtər istiqamətində atəşkəsin pozulması nəticəsində Ağstafa rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Əfəndiyev Rəcəb Surxay oğlu yaralanıb.

Yaralı əsgər hospitala yerləşdirilib.