Polisə və NATO hərbçilərinə hücum olub


Bu gün səhər Əfqanıstanın cənubundakı Qəndəhar şəhərində yaraqlılar nəzarət-buraxılış məntəqəsinə hücum edib. Azı 3 polis ölüb, 6-ı yaralanıb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, yaraqlılarla polislər arasında bir saata yaxın döyüş olub. Dünən axşam isə Qəndəharda əfqan polisi geyimində olan 3 naməlum şəxs NATO hərbçilərinə hücum edib.