Əfqanıstanda törədilmiş hücumlarda 18 adam ölüb

Əfqanıstanın cənubunda törədilmiş hücumlarda 8 dinc sakin də daxil olmaqla azı 18 adam ölüb.

Qəndəhar əyalətində polis geyimində olan 3 nəfər 3 polis nəfərini güllələyib.

Əyalətin başqa rayonunda isə ABŞ bazasına hücum zamanı azı 7 yaraqlı öldürülüb.

Məlumatlara görə hücum zamanı həmçinin 10 ABŞ əsgəri yaralanıb.

Qonşuluqdakı Helmand əyalətində yolda baş vermiş partlayışda isə 8 dinc sakin ölüb.