Çexiyada roma ailəsi

Yeməkdən sonra bir yerə toplaşan Cina ailəsi.

Roma ailələrin məskunlaşdıqları binaların həyəti.

Bu ailənin yaşıları 5-lə 82 arasında olan altı üzvü bu kiçik üçotaqlı evdə yaşayırlar. Adətən ailə üzvləri mənzilin mətbəxinə toplaşırlar.

İtləri ilə oynayan Rudolf və onun bacısı Marcela. Onları ataları tərk edəndən sonra nələri saxlayıb.

Rudolf böyüyəndə əsgər olmağı arzulayır. 

Ailənin başqa nəvəsi Honza Vastag da tez-tez onlara gəlir. 

Binanın girişində futbol oynayan roma uşaqlardan biri. 

Jana və əri Emil. iki il əvvəl ürək tutmaları başladığından Jana işləyə bilmir. Əlilliyə görə pensiya alır.

Emil Cina isə musiqiçidir. O, başqa həmkarları ilə birlikdə Benga Show adlı qrup yaradıb və həftədə 3-4 dəfə orada çıxış edirlər. Yerli mətbuat onları "Gerçək roma hissiyatı" adlandırır.

Marcela özünün ulu babası Gusta Cinanın portretini göstərir. Onun babası II Dünya müharibəsində Slovakiyada vuruşub. Sonrasa faşistlərə qoşulub. Faşistlər romaları qırsalar da onların bəziləri orduda qalıb.

Ailənin ən yaşlısı 82 yaşlı Jan Batiy Jana Cinovanın əmisidir. Qürurla ailəsinin şəkillərini göstərir.

Jan Batiy özünün 15 il əvvəlki, böyrək xəstəliyinin şiddətlənməsindən əvvəlki şəklini göstərir. Bir daha da gəzə bilib "pul qazanaraq qadın dalınca düşməyi" arzulayır.

Həyətdə qəlyanını tüstülədə-tüstülədə keçmiş günlərini xatırlayan Jan Batiy.