Beynəlxalq müşahidəçilər Suriyada qalmalıdır

Zorakılıqların davam etməsinə baxmayaraq beynəlxalq müşahidəçilər Suriyada qalmalıdır. Bunu BMT-nin Suriyadakı monitorinq missiyasının rəhbəri Robert Mood Təhlükəsizlik Şurasının iclasında bildirib.

General Mood onu da bildirib ki, 300-ə yaxın silahsız müşahidəçi təhlükə altındadır. Onların maşınları dəfələrlə atəşə tutulub.

BMT-nin Suriyadakı müşahidəçiləri aprel ayından bu ölkədədir. Aprelin 12-dən Suriyada atəşkəs rejimi elan olunsa da ölkədə zorakılıqlar və dinc adamların öldürülməsi davam edir.

Keçən ilin martından başlamış etiraz aksiyalarından bu yana Suriyada 14 minə yaxın adamın öldürüldüyü bildirilir.