Fransada bankda bir neçə adam girov götürülüb

Fransanın Tuluza şəhərindəki bankların birində naməlum şəxs bir neçə adamı girov götürüb. Həmin şəxsin silahlı olduğu bildirilir.

Həmin adam “Əl-Qaidə” terror təşkilatı ilə əlbir olduğunu bildirir. Onun neçə adamı girov götürdüyü və tələbləri hələlik məlum deyil.

Bankın binasını polislər mühasirəyə alıb.