«Azərbaycan Hava Yolları» şirkəti (AZAL) 3 iyuldan etibarən Bakı-Təbriz-Bakı marşrutu üzrə uçuşlara başlayır. Bu barədə Lent.az-a «AZAL» şirkətindən məlumat verilib.
Birbaşa uçuşlar oktyabrın 27-dək davam edəcək. Uçuşların ATR-42 tipli təyyarələrlə həftənin çərşənbə axşamı və şənbə günləri yerinə yetirilməsi nəzərdə tutulur.
Bu ilin əvvəllərində İranın «Kish Air» aviaşirkəti Təbriz-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysini həyata keçirməyə başlayıb.