«Uşaqlar özünə sənət seçəndə fikirləşməlidirlər ki…»

Kollec Rəqabət Klubu

Gələcəyin diplomatı, psixoloqu və turizm sektorunun işçisi... Onlar aksiyalar, flaşmoblar keçirir, azyaşlılar üçün ingiliscə pulsuz danışıq kursları təşkil edirlər.

Sumqayıt-Amerika Təhsil Mərkəzinin Kollec Rəqabət Klubunun rəhbəri Günel Əsgərova deyir ki, Kluba ancaq 9-11-ci sinif şagirdlərini qəbul edirlər. Üzv qəbul edərkən əsas şagirdlərin məktəbdə qiymətlərinin əla olmasına və könüllü fəaliyyətdə aktiv olmalarına diqqət yetirilir. Klubun hazırda 12 üzvü var.

Kollec Rəqabət Klubunun ictimaiyyətlə əlaqələr koordinatoru Rəşidə Əsgərli deyir ki, onun əsas vəzifəsi layihələr üçün ideyalar verməkdir. Layihəsi Prezidentləri tərəfindən təsdiqlənirsə, onda Klub olaraq onu yerinə yetirirlər. Onunla yanaşı, Klubun kitabxanaçısı, katibi və öz aralarından seçdikləri Prezidentləri də var. Rəşidənin dediyinə görə, nəsə aksiyalar keçirəndə, istəyirlər ki, cəmiyyətə, digər həmyaşıdlarına kömək etsinlər, onlara xeyir versinlər və zərərli vərdişlərdən onları uzaq tutsunlar:

«Düşünürəm ki, uşaqlar özünə sənət seçəndə fikirləşməlidirlər ki, cəmiyyətə necə xeyir verə bilərlər».

İradə Mehdiyeva Klubun kitabxanaçısıdır. Kitablar barədə uşaqların hazırladığı hesabatları qəbul edir. Kluba isə yaranandan qoşulub.

Aydın Ağayev deyir ki, əvvəlcədən ingilis dilini öyrənməyə can atıb, danışıq kurslarına getməsi yolunu Sumqayıt-Amerika Təhsil Mərkəzindən salıb və sonradan Kluba cəlb olunması ilə nəticələnib. Üzvlərin seçkisi nəticəsində Prezident seçilib. Onun əsas işi digər üzvlərlə Klubun rəhbəri arasında əlaqə yaratmaq, üzvlərin ideyalarını, hesabatlarını qəbul etməkdir.

Günel Əsgərova deyir ki, mərkəz olaraq yeniyetmələri cəlb etmələri onları sevindirir. Çünki indiki vaxtda yeniyetmələrin diqqətini nəyəsə yönəltmək çətindir.

Verilişi tam olaraq burdan dinlə: