Gəncə “Avropanın gənclər paytaxtı”na namizəddir

Gəncə şəhəri

Azərbaycanın Gəncə şəhərinin “Avropanın gənclər paytaxtı” olması üçün namizədliyi irəli sürülüb.

APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə bağlı Əlaqələndirmə Şurasının ilk iclasında çıxışında deyib.

Nazir Gəncənin “Azərbaycanın gənclər paytaxtı” elan olunduğunu, Azərbaycanın regionlarında hazırda 11 “Gənclər evi” tikildiyini, 10-dan artıq “Gənclər evi”nin isə tikilməkdə olduğunu açıqlayıb. Onun sözlərinə görə, qısa zamanda “Gənclər evi” şəbəkəsi bütün regionları əhatə edəcək.

“Avropanın gənclər paytaxtı”na sizin namizədiniz hansı şəhərdir?