Aleksandr Qruşko Rusiyanın NATO-da daimi nümayəndəsi ola bilər

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsi xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun Rusiyanın NATO-da daimi nümayəndəsi təyin edilməsini təsdiqləyib.

Onun namizədliyini Federasiya Şurasının eyni adalı komitəsi də təsdiqləməlidir.

Yekun qərarı isə prezident qəbul edəcək.

Bundan əvvəl Rusiyanı NATO-da hazırda baş nazir müavini olan Dimitri Raqozin təmsil edirdi.